Şarl Mişel Azərbaycanın beş erməni hərbçini Ermənistana təhvil verməsini təqdir edib – FOTObackend

Şarl Mişel Azərbaycanın beş erməni hərbçini Ermənistana təhvil verməsini təqdir edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın beş erməni hərbçini qarşı tərəfə təhvil verməsini təqdir edib.

Aİ Şurasının Prezidenti bu barədə öz “Twitter”ində yazıb.

“Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra daha beş erməni hərbçinin Bakı tərəfindən sərbəst buraxılmasını alqışlayıram. İlk dəfədir ki, təhvil ikitərəfli qaydada həyata keçirilib – bu həm Azərbaycan, həm də Ermənistan üçün etibar deməkdir. Bütün həll edilməmiş humanitar məsələlərin həlli əsas prioritetdir”,- deyə Ş.Mişel vurğulayıb.