Şarl Mişel Bakıda təşvişə düşüb qaçdıbackend

Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakıda azərbaycanlı jurnalistin sualını cavablandırmayaraq ərazidən uzaqlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri, televiziya aparıcısı Rövşən Məmmədov məlumat verib.

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi edən Azərbaycan bu tədbir ilə kimin düşmən, kimin dost olduğunu daha yaxşı anladı.

Tədbir zamanı AzTV-nin kameralarına Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tuş gəlsə də, bu cür qlobal tədbirlərdə bülbül kimi ötən Şarl Mişel jurnalistimizin sualına cavab verməkdən yayındı”, – deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlmişdi.