Humanitar məsələlərin həlli üçün Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamaq lazımdır.
Editor.az bildirir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel RTVI telekanalına müsahibəsində bildirib: “Düşünürəm ki, biz Putinlə danışmalıyıq, əlaqə saxlamalıyıq. Belçikanın baş naziri olduğum vaxtdan Putinlə mütəmadi əlaqələrim olub”, – Mişel deyib. Avropa Şurasının rəhbəri qeyd edib ki, 2022-ci il fevralın 24-dən sonra onun hələ də Putinlə əlaqə kanalları var.
Almaniya kansleri Olaf Şols və Fransa prezidenti Emmanuel Makron da Rusiya dövlət başçısı ilə mütəmadi olaraq əlaqə saxlayırlar. “Hesab edirəm ki, humanitar vəziyyəti idarə etmək, mübahisə etmək və onun mövqeyinə etiraz etmək üçün bu ünsiyyət kanalını saxlamağa dəyər” – deyə Mişel yekunlaşdırıb.
//Samir Qurbanov, Editor.az

