“Sarmat”la təhciz olunmuş ilk alay payızda formalaşdırılacaqbackend

“Sarmat”la təhciz olunmuş ilk alay payızda formalaşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sarmat” qitələrarası raketləri ilə silahlanmış ilk alayın ən gec payızda yaradılması planlaşdırılır.

Editor.az bildirir ki, bu barədə Roskosmosun rəhbəri Dmitri Roqozin bildirib: “Biz bunu bu ilin payızından gec olmayaraq Krasnoyarsk diyarında – Ujurda etməyi planlaşdırırıq. “Sarmat” “Voyevoda” raket sistemi kimi eyni minalardan istifadə edəcək, ona görə də onların yenidən işlənməsinə ehtiyac qalmayacaq. Bu da sistemin işə salınması üçün böyük vəsaitə və vaxta qənaət edəcək. Xatırladaq ki, “Sarmat” raketinin ilk uğurlu buraxılışı aprelin 20-də Arxangelsk vilayətindəki Plesetsk kosmodromundan həyata keçirilib. Dmitri Roqozinin sözlərinə görə, “Sarmat” raketləri digər strateji silahlardan, o cümlədən Amerikanın “Minuteman III” raketindən qat-qat güclüdür.