Sarri: Bakıda komandaların şansları bərabərdirbackend

Sarri: Bakıda komandaların şansları bərabərdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komandaların şansları hazırda 50-50-dir.

bunu “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri deyib.

O, Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında “Arsenal”la sabah keçiriləcək oyun haqda danışıb və jurnalistlərin suallarına cavab verib:

“Mənim “Çelsi” ilə müqaviləm daha iki il var. Ona görə də hazırda bu matçın “Çelsi”də son oyun olduğu barədə danışmaq istəmirəm. Mən tamamilə “Arsenal”la matça köklənmişəm.

Hazırda bizim komandanın pis mövsüm keçirdiyini deyə bilmərəm. Çünki biz Çempionlar Liqasına vəsiqə qazanmışıq. İngiltərə Liqa Kubokunda “Liverpul” və “Totenhem” kimi komandaları məğlub etmişik, finalda isə yalnız “Mançester Siti”yə penaltidə məğlub olmuşuq.

Olivye Jiru bizim üçün vacib oyunçudur. Sabah onu start heyətdə oynadıb-oynatmayacağımı müəyyənləşdirəcəm.

Mövsümün əvvəlində mən komandamı başa düşməkdə çətinlik çəkirdim. Lakin mövsümün sonuna yaxın onlar tapşırıqlarımı yerinə yetirməyə başladılar və biz üçüncü yeri tutduq. İndi isə bu titulu qazanmalıyıq”.

Qeyd edək ki, sabah “Arsenal” və “Çelsi” finalda qarşılaşacaq. Final görüşü Bakıda saat 23:00-da başlayacaq.