Çin ordusunun 52 döyüş təyyarəsinin Tayvanın hava məkanına girdikdən sonra daha 4 qırıcının gecə saatlarında sərhəd rejimini pozduğu bildirilib.
Tayvan Müdafiə Nazirliyi 4 “J-16” döyüş təyyarəsinin gecə hava hücumundan müdafiə zonasına daxil olduğunu açıqlayıb.
Açıqlamada qırıcıların xəbərdar edildiyi, manevrlərini izləmək üçün mülki patrul təyyarələri və hava hücumundan müdafiə sistemlərinin işə salındığı deyilib.
Nazirlik dünən də Çinin 52 döyüş təyyarəsinin günorta saatlarında bölgəyə müdaxilə etdiyini açıqlamışdı.
ABŞ Çinin 52 döyüş təyyarəsinin Tayvan sərhədlərini pozmasını “təxribat” adlandırıb və Pekinin Tayvana qarşı mövqeyindən narahat olduğunu bildirib.
Çin Xarici İşlər Nazirliyinin ABŞ-a cavab olaraq verdiyi açıqlamada Tayvanın Çin ərazisi olduğu və Vaşinqtonun bu mövzuda şərh vermək iqtidarında olmadığı vurğulanıb.
Teleqraf.com

