Savaşın SONU GÖRÜNMÜR: “Bu da bir sıra Avropa liderlərini ciddi şəkildə narahat edir”- ŞƏRHbackend

Savaşın SONU GÖRÜNMÜR: “Bu da bir sıra Avropa liderlərini ciddi şəkildə narahat edir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Reallıq odur ki, Rusiya-Ukrayna savaşının sonu görünmür. Bu da təbii ki, bir sıra Avropa liderlərini narahat etməyə bilməz”.

Bu fikri Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Onun sözlərinə görə, Amerika Konqresində də indiyə qədər Ukraynaya maliyyə paketini təsdiq etməklə bağlı böyük problemlər yaranıb:

” Avropa ölkələrində də eyni vəziyyət müşahidə olunur. Yəni, bir sözlə Ukraynaya əlbəttə ki, maddi, hərbi, texniki yardımlar davam edəcək. Ancaq müharibə uzandıqca bir sıra Avropa ölkələri artıq başa düşür ki, bunun əks-sədası da bir müddət sonra özünü göstərəcək. Belə ki, bu hal onların iqtisadiyyatına da mənfi təsir edir. Çünki Macarıstan, Slovakiya kimi ölkələrin öz büdcəsindən ayırdığı yardımların ölkə iqtisadiyyatına ciddi şəkildə mənfi təsirləri ola bilər. Hər bir halda Avropa və ABŞ vahid mövqedədir və onlar başa düşür ki, Ukraynaya köməklik etməsələr müharibə daha da genişmiqyaslı formata keçə bilər. Bu da artıq onların da maraqlarına ciddi zərbə vuracaq proseslərə gətirib çıxara bilər. Hesab edirəm ki, müharibə uzanır və sonu hələ ki, görsənmir. Bu da müəyyən Avropa liderlərinə, siyasi, iqtisadi bir çox dairələrə öz mənfi təsirini göstərir”.

//Gülnarə Abasova, Editor.az