Savik Şuster: Putinin Belarusdan Ukraynaya hücum etməsi üçün Lukaşenkonun razılığına ehtiyac olmayacaqbackend

Savik Şuster: Putinin Belarusdan Ukraynaya hücum etməsi üçün Lukaşenkonun razılığına ehtiyac olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər Rusiya prezidenti Vladimir Putin Belarusdan Ukraynaya hücum etmək qərarına gəlsə, o zaman bunun üçün Aleksandr Lukaşenkonun razılığına ehtiyac olmayacaq.

Editor.az bildirir ki, bu fikri ukraynalı teleaparıcı Savik Şuster “GORDON” internet nəşrinin baş redaktoru Ales Batsmana müsahibəsində bildirib: “Hesab edirəm ki, Belarus bu gün tamamilə işğal olunmuş ölkədir. Lukaşenko heç bir ciddi qərar qəbul etmir. Rusiayaya silah lazım idi – ondan silah aldılar. Bu ölkəni poliqona çevirmək lazım idi – çevirdilər.

Belarusdan Kiyevə getmək lazım olarsa, gedəcəklər və ondan soruşmayacaqlar”, – Şuster vurğulayıb. O qeyd edib ki, Lukaşenkonu qərar qəbul edə bilən şəxs kimi qəbul etmir: “Mən burada oxuyuram ki, Lukaşenko Putinin Belarus ordusunun ikinci eşelonda gedəcəyi ilə bağlı razılıq əldə edib. Yəni, Lukaşenka və Putin oturub, bəlkə də bir yerdə uzanıb söhbət edirlər.

Putin isə deyir:” Mən Kiyevə hücum etmək istəyirəm. Lukaşenku deyəcək: “Yaxşı, gəl Kiyevdən hücum elə”. “Ancaq sənsiz Kiyevə hücum etməyəcəyəm, sən mənə lazımsan. Səni burada prezident kimi saxlayan mənəm, sən mənimlə getməlisən, vəssalam”. Lukaşenka isə cavab verir: “Yaxşı, mən səninlə gedəcəm, ancaq arxada”. Bütün razılaşma bundan ibarətdir”, – Şuster bildirib.

  //Samir Qurbanov, Editor.az