İzmirdə qeyri-qanuni mərc saytlarının təşviqedici reklamlarını paylaşaraq oyunçuları cəlb etdiyi iddiası ilə saxlanılan “Qaqa Bulut” kimi tanınan sosial media fenomeni Bulut Altuğun açıqlaması üzə çıxıb.
Xəbər verdiyimiz kimi, Türkiyənin İzmir şəhərində “Qaqa Bulut” kimi tanınan “TikTok” fenomeni 27 yaşlı Bulut Altuğ qeyri-qanuni mərc oyunları təklif edən saytların təşviqedici reklamlarını paylaşaraq oyunçular cəlb etdiyi iddiası ilə saxlanılıb.
İzmir Əyalət Təhlükəsizlik Müdirliyinin Kiber Cinayətlərlə Mübarizə Şöbəsi, Karşıyaka Respublika Prokurorluğunun koordinasiyasında qanunsuz mərc oyunlarının qarşısının alınması üçün hərəkətə keçib.
Bu çərçivədə, sosial media hesabları vasitəsilə qeyri-qanuni mərc oyunları təklif etdiyi deyilən müxtəlif internet saytlarının həvəsləndirici reklamlarını paylaşaraq oyunçuları cəlb etdiyi aşkarlanan “Qaqa Bulut” kimi tanınan fenomen Bulut Altuğ haqqında həbs qərarı çıxarılıb.
Polis Karşıyaka rayonundakı evində əməliyyat keçirərək Altuğ’u saxlayıb.
Həmin gün Altuğun meneceri Harun. Y də saxlanılıb.
Altuğ məhkəmədəki ifadəsində “Menecerim Harun Y. məni bu paylaşımları paylaşmağa məcbur etdi. “Hər kəs bunu edir, heç bir şey olmaz” dedi. Mən bunu yalnız bir dəfə paylaşdım, etdiyim cinayət olduğunu bilmədim, peşmanam”.
Qeyd edək ki, Altuğ daha əvvəl “Prezidenti təhqir etmək”, “dövlət qurumlarını təhqir etmək”, “şantaj”, “ədəbsiz hərəkətlər”, “uşağa qarşı cinsi istismar” və “şəxsi həyatın toxunulmazlığının pozulması” iddiaları ilə də barəsində araşdırma aparılıb və hakim qarşısına çıxardılıb.
//Samir Qurbanov, Editor.az

