“Şaxtyor” yenə “didərgin düşdü”backend

“Şaxtyor” yenə “didərgin düşdü”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın “Şaxtyor” klubu UEFA Çempionlar Liqasındakı (ÇL) ev matçlarını Almaniyada keçirəcək.

Donetsk təmsilçisi qarşılaşmaları Hamburqdakı “Volksparkstadion”da oynayacaq.

Xatırladaq ki, Donetsk təmsilçisi ötən mövsüm Ukrayna Premyer Liqasının qalibi olub və ÇL-in qrup mərhələsində oynamaq hüququ qazanıb.

Qeyd edək ki, Ukraynadakı müharibə səbəbindən “Şaxtyor” ötən mövsüm Çempionlar Liqasındakı qrup görüşlərini Polşanın paytaxtı Varşavada keçirib.