Sberbank Avropa bazarından geri çəkilirbackend

Sberbank Avropa bazarından geri çəkilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sberbank sanksiyalardan sonra Avropa bazarından çəkildiyini açıqlayıb.

Editor.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bankdan edilən yazılı açıqlamada, şirkətin Avropadakı filiallarında “fövqəladə” nağd pul axını yaşandığı vurğulanıb. Şirkət işçilərinə və filiallarına qarşı təhdidlərin olduğu bildirilən açıqlamada Sberbankın hazırkı vəziyyətdə Avropa bazarından çəkilməyə qərar verdiyi bildirilib.

Avstriya Kapital Bazarları İdarəsi (FMA) Sberbank-ın Avropa qolu olan Sberbank Europe AG-nin Avropa Mərkəzi Bankının (ECB) əmri ilə bağlandığını bildirib.

//Gülnarə Abasova, Editor.az