Sberbank SWIFT sistemindən xaric edildibackend

Sberbank SWIFT sistemindən xaric edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun sürən danışıqlardan sonra bir-birini ya fəaliyyətsizlikdə, ya da eqoistlikdə ittiham edən Aİ ölkələrinin liderləri nəhayət ki, Rusiyaya qarşı növbəti, altıncı iqtisadi sanksiyalar paketi barədə razılığa gəliblər.

Bu barədə Editor.az Rusiya mənbələrinə istinadən xəbər verir. Əsas mübahisə – Rusiya neftindən tamamilə imtina – şifahi təhdid olaraq qaldı; yalnız Rusiyadan alınan “qara qızıl”ın tədarükünə qismən embarqo qoyulması barədə razılığa gəlindi. Aİ-nin planına əsasən, Rusiyadan Avropaya tədarük olunan karbohidrogenlərin əvəzlənməsi tədricən baş verəcək.

Amma həmin nefti haradan və hansı qiymətə alınacağı barədə məlumat verilmir. Bundan başqa Aİ liderləri Sberbank-ın banklararası ödənişlərinin SWIFT sistemindən çıxarılması, Aİ ərazisində üç Rusiya dövlət mediasının fəaliyyətinin qadağan edilməsi barədə də razılığa gəliblər. Lakin onlar rusların daşınmaz əmlak əldə etməsinə planlaşdırılan qadağadan imtina ediblər. Çünki belə bir qadağa üçün hüquqi əsas tapmaq qeyri-mümkün olub. Yeni sanksiyalar paketi Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra çərşənbə günü qüvvəyə minməlidir.

  Editor.az