Sebastian Hallerdə şiş aşkarlandıbackend

Sebastian Hallerdə şiş aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Borussiya Dortmund” klubunun oyunçusu Sebastian Hallerin cinsiyyət orqanında şiş aşkarlanıb. Editor.az “sporx” a istinadən xəbər verir ki, ağrılardan şikayətlənən Haller müalicə almaq üçün Avstriyadakı düşərgədən Almaniyaya yola düşüb.

Klubun idman direktoru Sebastian Kehl məsələ ilə bağlı açıqlama verib: “Müayinənin nəticəsindən hər birimiz şoka düşdük. Onun tezliklə müalicə alıb aramıza qayıtmasını arzulayırıq. Klub olaraq onun müalicəsi üçün əlimizdən gələni edəcəyik”,-deyə Kehl bildirib.

Qeyd edək ki, Fildişi Sahilindən olan 28 yaşlı futbolçu iyulun altısında 31 milyona “Ayaks”dan “Borussiya Dortmund”a transfer olmuşdu.

//Nəzərbəy Hacıağayev, Editor.az