“Qəhrəman ordumuzun güclü zərbələri ilə Qarabağ savaşı bitsə də, qlobal güclərin Qafqaz uğrunda savaşı davam edir.Təəssüf ki, tarixin bütün kritik dönəmlərində olduğu kimi yaşadığımız bu həlledici zamanlarda da Ermənistan Cənubi Qafqazda öz təsirlərini yaymaq istəyən qüvvələrin agenti, əlaltısı rolunu oynamağa davam edir”.
Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloq bildirib ki, Azərbaycanın regionun inkişafını, rifah və sabitliyini əsas alan təkliflərinin diqqətə alınmaması sülhün bərqərar olmasında ciddi maneəyə çevrilir:
“Ermənistanda mövcud iqtidarı daxilində hər nə qədər sülhpərvər mesajlar verməklə diqqət çəkmək istəyən ayrı-ayrı şəxslər olsa da əslində bütövlükdə rəsmi İrəvanın sülh müqaviləsini uzatmaq, vaxt qazanmaq niyyəti güddüyü açıq-aydın görünür. Bu hiyləli niyyət özünü keçdiyimiz günlərdə Antaliyada keçirilən “Diplomatik Form”da da özünü biruzə verdi.
Azərbaycanın təklif etdiyi və Ermənistanın da qəbul etdiyi sülh sazişinin imzalanmasını uzatmasının başqa adı yoxdur. 30 illik mövcudluğu dönəmində heç bir praktik iş görməyən, tam əksinə, münaqişənin həllini dalana dirəyən ATƏT-in Minsk Qrupunun ləğvi niyə Ermənistan tərəfindən bu qədər uzadılır? bu, başa düşülən deyil.
Bununla paralel, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının olduğu məlumdur. Konstitusiyanın bu faşist bəndələrinin dəyişdirilməsi səbəbi sülh sazişindən əvvəl deyil, 2027-ci ildə dəyişdirilmək istənilir. Kim zəmanət verə bilər ki, Ermənistan sülh sazişi imzalandıqdan sonra Konstitusiyanın mürtəce bəndlərini dəyişəcək?
Ermənistan sülh haqqında səmimi deyil. Bu qeyri-səmimi mövqe regionda yeni qarşıdurmalara səbəb ola bilər ki, bunun da məsuliyyəti mövcud Ermənistan rəhbərliyinin üzərinə düşür”.
//Gülnarə Abasova, Editor.az