Müğənni Şəbnəm Tovuzlu ARB televiziyasında “Elgizlə izlə” verilişində qızı Günelin toy mərasimini təxirə saldığını deyib.
Editor.az Teleqraf.com-a istinadla xəbər verir ki, Şəbnəm Tovuzlu qızından danışıb:
“Onu əziyyətlə böyütmüşəm. “Hə” mərasimi olub. İkinci kurs tələbəsidir və təhsilini bitirdikdən sonra toyu olacaq. Əlbəttə, sevən bir-iki il də gözləyər. Qızımı o yerə gətirmək üçün illərlə əziyyət çəkmişəm. Arzum olub ki, təhsil alsın. Qızım sosial şəbəkələrdə çox görünməyib, uşaqlıqdan sevmir. Nişanlısı qohum deyil, özləri bir-birilərini seviblər. Çox şükür ki, hər şey gözəldir”.
İfaçı qızının toyuna məşhur Türkiyənin müğənnisi Sibel Canı dəvət edəcəyini də planlaşdırdığını deyib: “Böyük arzumdur ki, Sibel Canı dəvət edim. İnşallah, imkan olsa hər iki tərəfin məsləhəti ilə onu toya dəvət edəcəyik”.

