Şəbnəmin canlı efirdə halı pisləşdi – VİDEObackend

Şəbnəmin canlı efirdə halı pisləşdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Şəbnəm Qəhrəmanovanın canlı efirdə halı pisləşib.

Editor.az bizim.media-ya istinadən xəbər verir ki, hadisə sənətçinin qonaq olduğu “Həmin Zaur” verilişində baş verib

Proqramın aparıcısı Zaur Kamal Şəbnəmin gözlərinə virtual reallıq eynəyini taxaraq, onun nə qədər buna tab gətirəcəyini sınayıb.

Qəhrəmanovanın bir neçə saniyədən sonra qəfil halı pisləşib və yıxılmaq təhlükəsi ilə üzləşib.

Eynəyin təsirindən başı fırlandığını söyləyən sənətçiyə özünə gəlməsi üçün su verilib.

Zaur məsələni yumşaltmaq üçün “Bu oyunu uşaqlar oynayır” deyib. Müğənni isə “Hündürlük qorxum var” deyib.

Canlı efirdə yayımlanan həmin anları sizə təqdim edirik: