Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru “Dostluq” ordeni ilə təltif edilibbackend

Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru “Dostluq” ordeni ilə təltif edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pyotr Vitalyeviç Qlıboçko “Dostluq” ordeni ilə təltif edilib.

President.Az-ın məlumatına görə, Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Pyotr Vitalyeviç Qlıboçko “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, o, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektorudur.