Türkiyədən olan müşahidəçilər və Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Fondunun nümayəndələri bildiriblər ki, Azərbaycanda prezident seçkiləri zamanı demokratik normalara tam əməl olunub.
Editor.az xəbər verir ki, Fondun sədri Akkan Suver Azərbaycan dövlətinin başçısı seçkilərində demokratiya normalarına necə əməl olunmasından razı qaldıqlarını vurğulayıb. “Bu seçkilərdə çoxlu sayda insan iştirak edib.
Biz onları öz gözlərimizlə gördük. Bu, reallıqdır. Dünən biz 42 seçki məntəqəsində olduq. Və hesab edirik ki, seçkilər zamanı bütün normalara riayət olunub”. Digər müşahidəçi İstanbul Qalata Universitetinin rektoru, professor Özgür Çengel də Mərmərə Qrupu Vəqfi adından fikirlərini bildirmək fürsətinə görə minnətdarlığını bildirib. “Burada olmaq, eləcə də rəsmi seçki müşahidəçisi olmaq çox xoşdur”, o deyib.
“Biz müşahidə etdik ki, seçicilər səs vermək üçün necə səbirsizlənirdilər. İşçilər məntəqələrdə sevinclə işləyirdilər. Çox adam gəldi, hər şey qaydasında idi. Seçkilər çox demokratik və çox ədalətli keçdi. Hər şey çox rəvan idi. Nə dava-dalaş, nə narazılıq görmədik, gözlədiyimiz də elə bu idi. Hər şey əla keçdi”, – deyə türkiyəli müşahidəçi yekunlaşdırıb.
//Samir Qurbanov, Editor.az

