Seçkilərdə ciddi pozuntuna dair hər hansı bir fakt yoxdur – Gürcüstanın baş naziri İrakli Kobaxidzebackend

Seçkilərdə ciddi pozuntuna dair hər hansı bir fakt yoxdur – Gürcüstanın baş naziri İrakli Kobaxidze

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Gürcüstanda keçirilən seçkilərdə ciddi pozuntuları göstərən faktlar yoxdur.

Bunu respublikanın baş naziri İrakli Kobaxidze deyib. “Bu seçkilərdə hər hansı ciddi pozuntunun aşkar oluna biləcəyinə dair heç bir fakt yoxdur”, – baş nazir bildirib. O, müxalifətin saxtakarlıq elan etməkdən başqa çarəsinin olmadığını vurğulayıb. Hökumət başçısının sözlərinə görə, onlar seçicilər qarşısında özlərinə belə haqq qazandırırlar, çünki seçkilərdən əvvəl deyirdilər ki, “Gürcü arzusu”nu 35%-dən çoxu dəstəkləmir.

Xatırladaq ki, ötən həftəsonu respublikada parlament seçkiləri keçirilib. Hakim partiya qələbə qazanıb və seçicilərin təxminən 54%-i onlara səs verib. Buna baxmayaraq parlamentə daxil olmaq üçün zəruri olan 5%-lik baryeri aşan digər partiyalar da seçkinin nəticələrini tanımaqdan imtina ediblər.

//Samir Qurbanov, Editor.az