ABŞ, noyabr seçkilərinin nəticəsindən asılı olmayaraq, gələn il Ukraynaya maliyyə dəstəyini dayandıracaq.
Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” yazıb. “Prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, Konqresin Ukrayna üçün əlavə maliyyə vəsaitini təsdiqləməsinə faktiki olaraq ümid yoxdur”, – nəşr qeyd edib. Nəşrin yazdığına görə, hazırda Vaşinqtonun məqsədi Ukraynanın strateji mövqeyini mümkün qədər yaxşılaşdırmaqdır.
Qeyd edək ki, bu il ABŞ Kiyevə 60 milyard dollarlıq yardım paketi ayırıb. Onun yaxın vaxtlarda Ukrayna qüvvələrinə dəstək verəcəyi gözlənilir. Lakin WSJ-nin fikrincə, bu maliyyə səviyyəsinin seçkilərdən sonra uzunmüddətli perspektivdə davam edəcəyi ehtimalı yoxdur. Daha əvvəl məlum olub ki, Vaşinqton Rusiya prezidenti Vladimir Putinin Ukrayna Silahlı Qüvvələrinin Qərbin uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirəcəyi təqdirdə cavab tədbirləri görəcəyi ilə bağlı xəbərdarlığını ciddi qəbul edir.
//Samir Qurbanov, Editor.az