“Sədərək”də gənc parklanma ərazisindəki maşınların üzərində atılıb-düşdü – VİDEObackend

“Sədərək”də gənc parklanma ərazisindəki maşınların üzərində atılıb-düşdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sədərək” Ticarət Mərkəzinin parklanma ərazisində avtomobillərin üzərində atılıb-düşən şəxs sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Editor.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Bildirilib ki, hadisə ötən gün “Sədərək” bazarındakı parklardan birində yaşanıb.

Kadrlarda, gəncin bir anda avtomobillərin üzərinə çıxaraq atılıb-düşdüyü və yaşlı kişinin onu aşağı düşürmək istədiyi görünür. Lakin şəxs, ona çağırış edən kişiyə məhəl qoymayaraq avtomobillərin üzərində gəzməyə davam edir. Sonda yaşlı kişi onun ayağından çəkərək avtomobillərin üzərindən aşağı endirərək ərazidən uzaqlaşdırmağa nail olub.

Şəxsin avtomobillərə hansı səbəbdən zərər vurduğu isə məlum deyil.