“Sədərək” ticarət mərkəzindən subasma ilə bağlı açıqlama: “Yağışda su olur də, nə olur ki?” – VİDEObackend

“Sədərək” ticarət mərkəzindən subasma ilə bağlı açıqlama: “Yağışda su olur də, nə olur ki?” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sədərək” ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim bir neçə gündür, intensiv yağan yağışlar nəticəsində “Sədərək”də fəaliyyət göstərən obyektləri su basması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən danışıb.

K.Qədim Pravda.az-a açıqlamasında deyib ki, ticarət mərkəzində ciddi fəsad yoxdur.

O bildirib ki, subasma halları ölkəni əhatə edib: “Ölkənin hər tərəfində fasiləsiz yağışlar yağır. “Sədərək”də elə bir ciddi fəsad yoxdur. Hər tərəf göldür, yolda-izdə baxın görün, ölkədə vəziyyət nə şəkildədir… Niyə hamı birdən yenə başlayır ki, “Sədərək”, “Sədərək”? Ölkənin hər yerində bu dəqiqə problemdir, fəsadlar törəyib. Hazırda burdayıq. Yağışda su olur də, nə olur ki? Narahatlıq yoxdur, motorlar dayanmadan işləyir, suyu çəkir. Yağışın miqdarı çoxdur. Amma qarşısı alınır. Çalışırıq ki, zərər dəyməsin”.

 

Aytəkin Qardaşova