“Sədrliyin Azərbaycana keçməsi təşkilatın aktivləşməsinə səbəb olacaq”-ŞƏRHbackend

“Sədrliyin Azərbaycana keçməsi təşkilatın aktivləşməsinə səbəb olacaq”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“GUAM qarşıda perspektivləri olan bir təşkilatdır”.

Bu sözləri Editor.az-a 2024-cü ildə GUAM-a sədrliyin Azərbaycana keçəcəyi ilə bağlı danışarkən politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, Rusiya-Ukrayna müharibəsi Azərbaycanın Vətən müharibəsi və son illərdə Moldova ətrafında baş verən hadisələr, eyni zamanda, Gürcüstanın müəyyən siyasi kurs həyata keçirməsi GUAM platforması çərçivəsində danışıqları və əməkdaşlığı əvvəlki aktivlikdə həyata keçirməyə mane olurdu:

“Amma bu təşkilatın qarşısında yeni imkanlar açılır. Nəzərə almaq lazımdır ki, GUAM-ı formalaşdırarkən bura üzv olan 4 ölkə qarşılarına uzunmüddətli siyasi, iqtisadi fəaliyyət prinsipləri qoymuşdular. Bu baxımdan hesab edirəm ki, 2024-cü ildə sədrliyin Ukraynadan Azərbaycana keçməsi təşkilatın daha da aktivləşməsinə səbəb olacaq. Çünki istər-istəməz Ukraynanın Rusiyaya qarşı mübarizəsi, başının müharibəyə qarışması onun GUAM-a uğurlu sədrlik etməsinə mane olurdu. Azərbaycanın sədrliyi altında isə bir çox beynəlxalq təşkilatlarda böyük inkişaf müşahidə edilib. Bu baxımdan Azərbaycanın GUAM-a sədrliyi istənilən halda Ukraynanın sədrliyindən daha perspektivli olacaq”.

//Səbinə Hüseynli, Editor.az