Səfa Mehdi “Greencard” uddu: “Artıq məni bu ölkəyə bağlayan heç nə qalmadı” – Fotobackend

Səfa Mehdi “Greencard” uddu: “Artıq məni bu ölkəyə bağlayan heç nə qalmadı” – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün ABŞ-da daimi yaşamaq, işləmək imkanı yaradan “Greencard” lotereyasının nəticələri açıqlanıb.

Tanınmış aktyor Səfa Mehdi də qalib gələnlər sırasında olub.

O şəxsi hesabında paylaşım edərək qalib gəldiyini elan edib və ABŞ-a gedəcəyini bildirib:

“Greencard cavabları çıxdı. Bizə də yol görsəndi, əziz izləyicilər. Hər şey üçün təşəkkür edirəm, artıq bu ölkəyə məni bağlayacaq bir şey qalmadı. Əlvida, dostlar”, – deyə aktyor paylaşımında yazıb.

Sözügedən paylaşımı təqdim edirik:

Yenisabah