Səfər Əbiyevin oğlunun borcu üzə çıxdı: 20 şikayətçi… – FOTObackend

Səfər Əbiyevin oğlunun borcu üzə çıxdı: 20 şikayətçi… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlu Roman Əliyevin 20 nəfərə borcu var.

Editor.az  bildirir ki, Bakupost.az-ın redaksiyasına müraciət edən zərərçəkənlərin bildirdiyinə görə, onlar Roman Əliyevə məxsus və onun tərəfindən idarə olunan “Alatava Pub” obyektini uzun müddət ərzaq məhsulları ilə təmin ediblər. Lakin təxminən bir ilə yaxındır ki, ödənişlər demək olar ki, dayandırılıb.

Şikayətçilərin sözlərinə görə, hazırda sabiq nazirin oğlundan 20 şəxsin alacağı var və ümumi borc məbləği təxminən 119 min 500 manat təşkil edir. Onlar iddia edirlər ki, Roman Əliyev obyektə tez-tez gəlsə də, onunla birbaşa görüşmək mümkün olmur. Bildirilir ki, danışıqlar əsasən restoranın meneceri Aynurə Seyidova adlı şəxs vasitəsilə aparılıb. O da əvvəlcə vaxt istəyib, sonradan isə borcun ödənliməsindən imtina edib.

Aynurə Seyidova deyib ki, qeyd olunan borc yeni məsələ deyil və ödənişlərin gecikməsi restoranın fəaliyyətinin ciddi şəkildə zəifləməsi ilə əlaqədardır.

Onun sözlərinə görə, yaranmış vəziyyətdən Roman Əliyevin də məlumatı var:

“Bu, çoxdanın məsələsidir. Təəssüf ki, hazırda borcu ödəməyə imkan yoxdur. Restoranın işi xeyli zəifləyib. Məncə bizim rəhbərliyin də pulu yoxdu ki, borcları ödəsin və bizi bu bəladan qurtarsın”.