Səfərbərlikdən qaçan ruslar bir ildən artıqdır ki, Cənubi Koreyadakı hava limanı ərazisində yaşayırlarbackend

Səfərbərlikdən qaçan ruslar bir ildən artıqdır ki, Cənubi Koreyadakı hava limanı ərazisində yaşayırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin oktyabr ayında Rusiya Federasiyasında elan edilən qismən səfərbərlik səbəbilə Cənubi Koreyaya gedən üç rusiyalı bir ildən artıqdır ki, sığınacaq ala bilməyiblər və bütün bu müddət ərzində “İncheon” hava limanının gediş gözləmə zonasında yaşayırlar.

Editor.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Qeyd olunur ki, üç gənc Cənubi Koreyada tez bir zamanda sığınacaq almağa ümid edirdi. Lakin yerli hakimiyyət orqanları səfərbərlikdən yayınmağı qaçqın statusu almaq üçün kifayət qədər əsas hesab etməyiblər.

Bununla əlaqədar olaraq, onlara yalnız “İncheon” hava limanının ərazisində qalmağa icazə verilib və oranı tərk etmək qadağan edilib. Rusiya Federasiyasının vətəndaşları bu şərtləri “ləyaqəti alçaldan” hesab edərək İnsan Hüquqları üzrə Dövlət Komissiyasına şikayət ediblər. Komissiya rusların tərəfini tutaraq qeyd edib ki, ölkə hakimiyyəti “onları lazımi yaşayış şəraiti ilə təmin etməlidir”.

Xüsusilə, ruslara “keyfiyyətli qida və tibbi xidmət” verilməli, həmçinin hava limanından kənarda gəzmək hüququ tanımalıdır. Yaşı və məşğuliyyəti göstərilməyən rusların özləri əvvəlki qərarlara etiraz edərək qaçqın statusu almaqda davam etmək niyyətindədirlər.

//Samir Qurbanov, Editor.az