Səfərbərliklə bağlı yeni qanun imzalandı – Ukraynadabackend

Səfərbərliklə bağlı yeni qanun imzalandı – Ukraynada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski ehtiyatda olan hərbi vəzifəliləri lazımi anda səfərbər etməyə imkan verən qanunu imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidentinin rəsmi saytında məlumat verilib.

 

Bildirilib ki, Ukrayna Prezidenti martın 30-da Ali Rada tərəfindən qəbul edilmiş 1357-IX nömrəli hərbi xidmətə çağırış və səfərbərliklə bağlı qanunu imzalayıb.

 

Bu sənəd Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin səfərbərlik elan olunmadan xüsusi dövrdə ehtiyatda olanlarla (döyüş təcrübəsi olan, hərbi təlim keçmiş kadrlarla) təchiz edilməsinə dair tələbləri yaxşılaşdırır. Bu, bütün hərbi hissələrin müdafiə qüvvələrini sürətlə artırmağa imkan verəcək və hərbi təcavüz zamanı döyüş qabiliyyətlərini əhəmiyyətli dərəcədə artıracaq və qəfil təhdidlərə vaxtında cavab verəcək.