Səfir: “Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edirik”backend

Səfir: “Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edirik”.

Bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes-forumunda qonşu ölkənin səfiri Zurab Pataradze bildirib.

O, həmçinin deyib ki, quru sərhədlərinin bağlı olması fonunda iki ölkə arasında aviasiya əlaqələri getdikcə artırılır və “Azərbaycan Hava Yolları” QSC (AZAL) gələn aydan etibarən Bakıdan Tbilisiyə həftədə 3 dəfə reyslər həyata keçirəcək.

“Report” xatırladır ki, Bakı-Tbilisi aviareyslərini AZAL-ın aşağı büdcəli törəməsi “Buta Airways” də gündəlik yerinə yetirir.

//Report