Səfir: “Malayziya Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəkləyəcək”backend

Səfir: “Malayziya Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəkləyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malayziya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə hər zaman Azərbaycanı dəstəkləyəcək.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Malayziyanın Azərbaycandakı səfiri Yubazlan Bin Yusof səfirlikdə təşkil olunan tədbir zamanı deyib.

O əlavə edib ki, Malayziya Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və dövlət sərhədlərinin bölünməzliyini dəstəkləyir, eləcə də Ermənistan tərəfindən güc tətbiqini qəbulolunmaz hesab edir.

Onun sözlərinə görə, Malayziya Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmlənməsinə sadiqdir:

“Mən Malayziya ilə Azərbaycanın ikitərəfli münasibətlərinin ildən-ilə yaxşılaşmasını məmnunluqla qeyd edirəm”.