Böyük Britaniya səfirliyinə məxsus avtomobil Bakıda yol hərəkəti qaydalarını pozub.
Teleaparıcı İlkin Həsəni qayda pozan avtomobilin fotosunu paylaşıb.
Fotodan da görünür ki, Böyük Britaniya səfirliyinə məxsus avtomobil avtobus dayanacağı və velosiped zolağında park edilib.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, 2 bal və 100 manat cərimə nəzərdə tutulub.
Globalinfo.az

