Meksikada Çilpansinqo şəhərinin meri Alexandro Arkos öldürülüb.
Yerli El Financiero qəzeti xəbər verir ki, onun başsız cəsədi Villas del Roble ərazisində tapılıb. Qətlin motivi məlum deyil.
Chilpancingo, Meksikanın qərbində yerləşən Gerrero əyalətinin paytaxtıdır. Arkos sentyabrın 30-da vəzifəsinin icrasına başlayıb. Ölümündən bir neçə saat əvvəl o, qasırğadan zərər çəkmiş yaşayış məntəqələrinə baş çəkib. Dövlət Prokurorluğu onun ölümü ilə bağlı cinayət işi açıb.
//Samir Qurbanov, Editor.az

