Səhər saatlarında İranın cənubunda güclü zəlzələ baş veribbackend

Səhər saatlarında İranın cənubunda güclü zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün yerli vaxtla saat 09:12-də İranın ölkənin cənubunda yerləşən Buşehr əyalətində 4,6 bal gücündə güclü zəlzələ qeydə alınıb.

Bu barədə Tehran məlumat yayıb. Mümkün dağıntıların qiymətləndirilməsi üçün zəlzələ yerinə xilasedicilər göndərilib. Zəlzələnin üç afterşoku qeydə alınıb, əyalətin bütün xilasetmə xidmətləri hazırlıq vəziyyətinə gətirilib.

Zəlzələnin episentrinin əyalətin Cam rayonu olduğu məlum olub. Yeraltı təkanların ocağı 18 km dərinlikdə yerləşib. Ölkənin Milli Seysmologiya Mərkəzi əlavə edib ki, hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

//Samir Qurbanov, Editor.az