Ermənistan polisi bu gün, sentyabrın 25-də saat 10:00-a İrəvanda yenidən başlayan etiraz aksiyasının 142 iştirakçısını saxlayıb. Etirazçılar səhər saatlarından küçələri bağlayıb, nəqliyyat əlaqələrini iflic etməyə çalışırlar.
Editor.az-ın əldə etdiyi məlumata görə, etirazçılar kolonu şəhərin bir neçə küçəsi ilə hərəkət edib. Nümayişçilərlə polis arasında toqquşma olub, itkilər barədə hələlik məlumat yoxdur.
Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən hökumət əleyhinə etirazlar Azərbaycanın Qarabağda apardığı “antiterror əməliyyatına” cavabdır. Aksiya iştirakçılarına qarşı cinayət işi başlanır.
//Samir Qurbanov, Editor.az