Səhər saatlarında Xarkov vuruldu, tələfat varbackend

Səhər saatlarında Xarkov vuruldu, tələfat var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə günü, iyulun 24-də səhər ruslar Xarkova hücum ediblər. Tələfat var.

Editor.az bildirir ki, bu barədə Xarkov meri İqor Terexovun Telegram-da yazdığı məlumatda deyilir. Onun sözlərinə görə, düşmənlər bu gün səhər saat 5-dən sonra şəhərə hücuma başlayıblar.

İki partlayış olub və eyni sayda raket atılıb. “Xarkovda ilk zərbə şəhər rayonlarından birinin sənaye zonasına düşüb. İtkilər və dağıntılar barədə məlumat dəqiqləşdirilir, təxminən bir ölüm var”, – deyə şəhər rəhbəri qeyd edib.

Terexov vurğulayıb ki, hadisə yerlərində bütün müvafiq xidmətlər işləyir.

//Samir Qurbanov, Editor.az