Osaka Universitetindən bir araşdırma qrupu yuxudan oyanmazdan əvvəl yataq otağında orta miqdarda təbii işığın səhər ayıqlığını əhəmiyyətli dərəcədə artıra biləcəyini araşdırıb.
Araşdırma Building and Environment (BE) jurnalında dərc olunub.
Müasir texnologiya və həyat tərzi yuxu müddətini qısaldır və keyfiyyətli istirahət üçün işıqlandırma, temperatur və səs-küy kimi ətraf mühit amilləri vacib olsa da, yaşayış yerlərinin layihələndirilməsi zamanı çox vaxt nəzərə alınmır.
Təbii işığın təsirlərini qiymətləndirmək üçün aspirant Xiaorui Wang və professor Daisuke Matsushita 19 könüllünün iştirakı ilə təcrübə aparıblar. İştirakçılar səhər müxtəlif miqdarda işıq məruz qalaraq yatırdılar: oyanmadan 20 dəqiqə əvvəl təbii işıq, səhər təbii işıq və oyanana qədər heç işıq yoxdur.
Tədqiqatçılar EKQ, EEG və anketlərdən istifadə edərək yuxululuq, ayıqlıq və yorğunluq səviyyələrini ölçərək qısamüddətli, lakin nəzarətli işığa məruz qalan birinci qrupun yuxululuğun azaldılmasında ən yaxşı nəticələri göstərdiyini müəyyən ediblər. Ancaq ikinci qrupdakı insanlar üçün uzun müddət işığa məruz qalma əksinə, narahatlıq yarada bilər.
//Gülnarə Abasova, Editor.az