Şəhəri bir-birinə qatan “day-daylı” xanım sürücü CƏZALANDIRILDIbackend

Şəhəri bir-birinə qatan “day-daylı” xanım sürücü CƏZALANDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə yol hərəkəti qaydalarını kobud şəkildə pozan xanım sürücü cəzalandırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində avtomobili idarə edən şəxsin kimliyi müəyyən edilib. Araşdırmalar zamanı şəxsin avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən olunub.

Şəxslə profilaktik söhbət aparılaraq barəsində inzibati protokol tərtib olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, xanımın tanışı öz adına avtomobil icarəyə götürüb və xanıma bir neçə saatlıq sürməsi üçün verib.

Həmin şəxsin də kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində araşdımalar davam etdirilir