Şəhərin mərkəzində “oyun” adı altında insanların pulunu alıb, özlərini vəhşicəsinə döyürlər – Fotolarbackend

Şəhərin mərkəzində “oyun” adı altında insanların pulunu alıb, özlərini vəhşicəsinə döyürlər – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni il tətilində “Azad” rəqs qrupunun rəhbəri Rəhim Babayev və tələbələri şəhərin mərkəzində yerləşən Oyun zalına gedib adrenalin yaşamaq istəsə də, kurioz hadisə ilə rastlaşıblar. Portal Games əyləncə mərkəzinə 180 manat ödəyib oyun zalına daxil olan qrup əvvəl vəd olunan adrenalin yaşasalar da, sonradan oyun sağlamlığa qəsdən zərər vermə ilə davam edib. Qrup üzvləri vəhşicəsinə döyülüb, saçlarından tutulub yerlə sürüdülüb, şallaqlanıb, hətta birinin qolu bıçaqla cızılıb.
“Azad” rəqs qrupunun rəhbəri Rəhim Babayev Azadmedia.az-a bildirib ki, çölə çıxıb zədələrini göstərib hadisəyə aydınlıq gətirmək istədikdə oyun mərkəzindən işçinin aqresiv oıduğunu, əslində belə vəhşiliyin yolverilməz olduğunu bildirsələr də, 180 manatı geri qaytarmaq tələbləri yerinə yetirilməyib. Belə çıxır ki, insanları adrenalin yaşamaq adı ilə aldadıb həm pullarını alırlar, həm vəhşicəsinə döyürlər, həm də sağlamlığa qəsdən xəsarət yetirirlər. Rəhim Babayev bu gün DİN-ə məsələ ilə bağlı rəsmi müraciət edəcək. Mövzuya qayıdacağıq.