“Şəhərlərdən kənar ərazilərdə həyatda qalmaq daha asandır” – Ukrayna sakinləribackend

“Şəhərlərdən kənar ərazilərdə həyatda qalmaq daha asandır” – Ukrayna sakinləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynanı işğal etməsi II Dünya Müharibəsindən sonra ilk dəfə Avropada kütləvi insan köçünə səbəb olub. Ukrayna ordusu şəhərlərin müdafiəsini gücləndirsə də bir çox şəhər sakini uzunmüddətli müqavimət üçün şəhərətrafı ərazilərə və kəndlərə üz tutub və oradakı insanlara sığınıb.

Editor.az xarici KİV-ə istinadla xəbər verir ki, ukraynalıların şəhərləri tərk etməsi müharibəyə qarşı uzunmüddətli irtica olaraq görülür.

Rus hücumunun başlamasından 2 həftə sonra milyonlarla insan Moldova və Avropa Birliyi ərazisinə qaçıb. Bundan əlavə qeyri-müəyyən sayda bir çox yerli sakin Ukraynanın şəhərətrafı və kənd ərazilərinə sığınıb.

Yerli əhalinin sözlərinə görə, şəhərdən kənar ərazilərdə sağ qalmaq ehtimalı daha yüksəkdir və onlar özlərini daha təhlükəsiz hesab edir.

//Sərxan Həsənov, Editor.az