Şəhid anasından ürəkdağlayan vəsiyyət – VİDEObackend

Şəhid anasından ürəkdağlayan vəsiyyət – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baku TV Vətən müharibəsində Kəlbəcərdə hakim yüksəkliklər uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan Həsənağa Abdullazadənin ailəsinin evində olub.

Ailəsi Həsənağanın şəhadətə ucalmasından iki il keçməsinə baxmayaraq, hələ də onun yoxluğu ilə barışa bilmədiyini deyir.

“Dedim, ay Həsənağa, sən nə danışırsan, nə müharibə?! Bilmirsən, sənə bir şey olsa, ölərəm? Ömründə ilk dəfə üstümə qışqırdı. Dedi ki, ana, sənə müharibə lazım deyil, mənə lazımdır. Niyə müharibə bizdən sonrakılara qalsın?” – deyə şəhid anası Səmilə Abdullayeva deyib.

Şəhid anası öz başdaşına ölüm tarixi kimi oğlunun şəhadət gününün yazılmasını vəsiyyət edib.

“Bu yükü çiynimdə gəzdirə biləcəyimə inana bilməzdim. Amma baxıram ki, mən güclü insanam”, – deyə şəhidin atası Şakir Abdullayev qeyd edib.

Ətraflı süjeti təqdim edirik: