Şəhid Elgiz Abbaslının atası Fuad Abbasov Sabirabad Rayon İcra Hakimiyyətinin binasında canına qəsd edib.
Publika.az xəbər verir ki, bu barədə şəhidin əmisi oğlu jurnalist Razi Abasbəyli bildirib:
“Əmim Fuad Abbasov bu gün Rayon İcra Hakimiyyətinin binasında canına qəsd edib. Hazırda xəstəxanadadır. İnsident qəbul məsələsi ilə bağlı yaranan gərginlik səbəbindən baş verib”.