Manset.az xəbər verir ki, tədbirdə çıxış edən Zaur Şirəliyev Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin şəhidlərə qayğısından və onun şəhidlər barədə söylədiyi ifadələrdən bəhs edib.
Daha sonra Şəhidlərin xatirə lövhələrinin qarşısına qızılgüllər düzülərək onların xatirəsi ehtiramla yad edilib, din xadimləri şəhidlərin ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Atiq İbrahimov 5 xarici dil bilən, 2 lisey, 2 xarici dövlətdə ali təhsil almış vətənpərvər igidlərimizdən biri olub.
O, könüllü olaraq, evdən xəbərsiz müharibəyə getmiş, 16 oktyabr 2020-ci ildə Ağdərədə şəhadətə ucalmışdı.
Evin tək oğlu olan Atiq İbrahimov subay idi.