Şəhid baş leytenantın xatirəsinə abidə kompleksi ucaldıldı FOTO VİDEObackend

Şəhid baş leytenantın xatirəsinə abidə kompleksi ucaldıldı FOTO VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərdabda Vətən müharibəsi şəhidi, baş leytenant Abbasov Ağaqardaş İlham oğlunun xatirəsinə abidə kompleksi ucaldılıb.

Editor.az xəbər verir ki, şəhidin adını daşıyan abidə kompleksi Zərdabın Hüseynxanlı kəndində hazırlanıb.

Kompleksin açılışında şəhidin ailə üzvləri, yaxınları, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Məlumat üçün bildirək ki, Abbasov Ağaqardaş 1992-ci il 28 sentyabrda Zərdab rayonunun Hüseynxanlı kəndində doğulub. O, Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Özü yaralı olduğu halda digər yaralı əsgər və zabitləri döyüş meydanından çıxarmaq üçün çalışıb.

28 sentyabr tarixində snayper gülləsinə tuş gələrək, şəhid olub.

Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Abbasov Ağaqardaş ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

//musavat.com