Şəhid Elçin Ağayev Cəlilabad rayonunda dəfn edilib – YENİLƏNİB + FOTO/VİDEObackend

Şəhid Elçin Ağayev Cəlilabad rayonunda dəfn edilib – YENİLƏNİB + FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhid əsgər Ağayev Elçin Mərifət oğlu Cəlilabad rayonunda dəfn edilib.

Editor.az xəbər verir ki, ötən gün dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub. Şəhid olanlardan biri də Cəlilabad rayon sakini, Ağayev Elçin Mərifət oğludur.

Ağayev Elçinlə bugün axşam saatlarında yaşadığı Cəlilabad şəhərindəki evində vida mərasimi keçirilib.

Mərasimdə şəhidin yaxınları, rayon rəhbərliyi, yerli sakinlər və qazilər iştirak edib.

Şəhid əsgər Cəlilabad şəhər qəbiristanlığında dəfn edilib. Şəhidin tabutuna bükülən bayraq şəhidin atasına təqdim edilib.

Dəfn zamanı orkestr tərəfindən dövlət himni səsləndirilib və fəxri qarovul tərəfindən yaylım atəşi açılıb.

Qeyd edək ki, Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndində anadan olub.