Şəhid mayor Şıxamir Qaflanovun qızı Landau School-da təhsil alacaqbackend

Şəhid mayor Şıxamir Qaflanovun qızı Landau School-da təhsil alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Qaflanov Şıxamir Oruc oğlunun qızı – Qaflanova Mədinə Şıxamir qızı Landau School-da təhsil alacaq. Məktəb şəhid övladının bütün təhsil xərclərini öz üzərinə götürüb.

 

Məsələ ilə bağlı Ziyalı Qadınlar Klubu açıqlama yayaraq, bu təşəbbüsə dəstək verdiyi üçün Hind Hospitalın direktoru Racani Çandraya təşəkkür edib.

Açıqlamada qeyd olunur ki, şəhid ailələrinə göstərilən hər bir diqqət və qayğı həm mənəvi borc, həm də vətəndaşlıq məsuliyyətidir:

“Bütün şəhid ailələrinə dəstək göstərmək hər kəsin üzərinə düşən vəzifədir.” – deyə Ziyalı Qadınlar Klubunun bəyanatında bildirilib.