Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn olunacaq – FOTObackend

Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn olunacaq – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 12-də, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhərinin sakini olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, o bu gün Qəbələ şəhərində dəfn olunacaq.

2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu olub.