Şəhid Murad Məmmədovun anım günü keçirildi – VİDEObackend

Şəhid Murad Məmmədovun anım günü keçirildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şəhid Murad Məmmədovun anım günü keçirilib.
44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Murad Məmmədlidir.
O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Məlum olur ki, 21.10.2020-ci ildə Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən həlak olub. Şəhidin dekabr ayının 5-də şəhadət xəbəri gəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.