Şəhid Orxanın 40 mərasimində Vasif də iştirak edir – FOTObackend

Şəhid Orxanın 40 mərasimində Vasif də iştirak edir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun 40 mərasimi keçirilir.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncədə keçirilən yas mərasimində səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev də iştirak edir.

Xatırladaq ki, yanvarın 27-si Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov xəsarət alıblar.

O. Əsgərovun cənazəsi yanvarın 29-u Bakıya gətirilib. O, yanvarın 30-u II Şəhidlər xiyabanında dəfn edilib.