Şəhidi təhqir edəni döyənlər saxlanıldıbackend

Şəhidi təhqir edəni döyənlər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən qəbiristanlıqda döyülən şəxslə bağlı məlumat yayılıb.

Editor.az  xəbər verir ki, Qurumun Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisəni törədən şəxslər saxlanılıb.

“Sosial şəbəkələrdə Tovuz rayon sakini Aqil İbrahimovun sərxoş halda Vətən Müharibəsi şəhidi barədə nalayiq ifadələr işlətdiyinə görə bir qrup şəxs tərəfindən döyülərək qəbiristanlıqda şəhid məzarlarından üzr istədilməsi görüntüləri yayılıb.
Məsələ ilə əlaqədar Tovuz rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri – Taleh Hüseynov, Sürət Məmmədov, Tural Əhmədov, Elşad Rzayev, Elnur Bayramov, Əli Hüseynzadə və Telman Nağıyev saxlanılıb. Hazırda RPŞ-də araşdırmalar davam etdirilir”, – deyə E.Qasımov bildirib.

Loading...