Şəhidin nişanlısı onun qardaşı ilə evlənir – “Burada nə qəbahət var ki?”backend

Şəhidin nişanlısı onun qardaşı ilə evlənir – “Burada nə qəbahət var ki?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün sosial şəbəkələrdə, bir çox “instagram” və “Tik-tok” səhifələrində şəhid Elçin Mustafayevin nişanlısının onun qardaşı ilə ailə qurduğu haqda görüntülər yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün şəhidin atası Arif Mustafayevlə əlaqə saxladıq.

Editor.az bildirir ki, azxəbər-ə danışan şəhid atası məlumatın doğru olduğunu bildirib: “Bəli yayılan məlumatlar doğrudur. Burada qəbahət nə var ki?

O, sosial şəbəkədə bu hadisəni tənqid edənlərə də cavab verib: “Videonu qəpik-quruş qazanmaq istəyənlər yayıb”.

Qeyd edək ki, Elçin Mustafazadə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu olub. O, 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı şəhid olub.