Şəhidlərimiz olan gün restoranda musiqi səsləndirən blogerləri tənqid etdi – VİDEObackend

Şəhidlərimiz olan gün restoranda musiqi səsləndirən blogerləri tənqid etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) blogerləri tənqid edib.

Editor.az axşam.az-a istina xəbər verir ki, buna səbəb bloger Ülvi və Fatimə Nadirova cütlüyünə məxsus restoranda 3 hərbçi şəhid olan günü musiqi səsinin kəsilməməsi olub. Bu haqda “Ümid ilə gəl” verilişində danışan Tolik bunları deyib:

“Bəzi blogerlər sosial mediada etiraz ediblər ki, illərlə işlədiyimiz restoranlar bizim xəbərimiz olmadan musiqi qoyublar. Biz müharibə vaxtı və Türkiyədə zəlzələ zamanı yardım etmişik. Nə edək? Çox sağ ol deyək? Borcundur, etmisən. Gəlmisən, heç yerə pul ödəmədən instaqramda pul qazanırsan. Xaricdə fotosessiyalar edib, kasıb camaatın hissi ilə oynayırsan. Yarışlar keçirir, 2 ətir, 3 şampun verirsən. Kasıb gəlir şampunu verirsən, çəkirsən… Pul verirsən, çəkirsən… Bir bloger görmədim ki, şəhid şəkli paylaşsın. Hekayə bölümündə paylaşırlar. Onlar tarixdə qalacaqlar. Bəlkə yığışıb sizə “Xalq artisti” adı verək? Nə tez restoran sahibi oldunuz? Siz isə instaqram olmasa heç yerdə adınız olmayacaq. İnfluenser, tiktoker olublar. Siz bəzi elektron mağazalarının satılmayan malını reklam edib, satdıran ola bilərsiniz ancaq”.

Qeyd edək ki, məsələ ilə bağlı Ülvi və fatimə instaqram hesablarında paylaşım edərək “İllərdir şəhid verdiyimiz zaman restoranda canlı musiqi səslənməyib. Ötən aylarda Türkiyədəki zəlzələ zamanı da qardaşlarımızın acısını paylaşıb, musiqini dayandırmışıq. İndi öz ölkəmizdə yas olan gün belə bir şey edərik? Heç vaxt! Xəbəri eşitdiyimiz anda canlı musiqi dayandırılıb. Bu, hər zaman belə olub, olacaq da. Kaş, biz və bizim kimi influenserlərin şəhid övladlarına dəstəyini, xeyriyyə işlərini, ölkəmizi təmsil etməyimizi, apardığımız informasiya müharibəsini, neçə-neçə yardıma ehtiyacı olan insanlar üçün saatlarla canlı yayım açıb qəpik-qəpik pul yığmağımızı paylaşardız. Bu cür böhtanları yaymaqdansa… Çox heyif ki, bu pis gündə bir olmaq əvəzinə, özümüz özümüzlə müharibə edirik” sözlərini yazıblar.